Holivud ulduzundan Kıvanc Tatlıtuğa şok təklif
03 Avqust 2013 Şənbə 11:36
Rasl Krou “The Water Diviner” filmi üçün çəkiliş məkanı axtarmağa başlayıb.
Holivud ulduzu Rasl Krou həm rejissorluğunu edib, həm də baş rolunda oynayacağı “The Water Diviner” filmi üçün çəkiliş məkanı axtarmağa başlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşhur aktyor filmin çəkilişlərini həyata keçirmək üçün uyğun məkanlar tapmaq məqsədilə bir neçə gündür ki, Türkiyəni qarış-qarış gəzir.

Rasl əvvəlcə Ədirnə və Kapadokyaya baş çəkib. “Tvitter” sosial şəbəkəsində 1 milyondan çox təqibçisi olan aktyor Türkiyədə yaxşı vaxt keçirdiyini və bir çox aktyorla tanışdığını yazıb. “Bir həftədə 22 Türk filmi izlədim”- deyən oskar laureatı aktyor Türkiyənin məşhur şoumeni Cem Yılmazın “Yahşi Batı” filmini tərifləyib:

“Yahşi Batı”nı izləmisiz mi? Cem Yılmaz məni güldürdü. Çox axmaq və komik idi”

Təqibçiləri ilə “Tvitter”də söhbət edən və Türkiyə səyahətindən danışan Krou bir təqibçisindən gələn “Kıvanç Tatlıtuğla tanış olmusuz?” sualına, “bəli, yaxşı adamdı, yaxşı aktyordu”-yazaraq cavab verib.

Qeyd edək ki, məşhur aktyorun K.Tatlıtuğa öz filmində rol təklif etdiyi bildirilib. Kıvancın nə cavab verdiyi isə məlum deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar