Hazal Kaya Sarp Bozkurtla Taksim küçələrində gəzişib.
Azərbaycan tamaşaçılarına “Adını Feriha Koydum” türk serialından tanış olan aktrisa Hazal Kaya Taksimdə görüntülənib. ANS PRESS-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, kinoda öldürülərək serialdan ayrılan "Feriha", yəni Hazal Kaya yeni sevgilisi Sarp Bozkurtla Taksim küçələrində gəzişib. Aktyor Tolqa Çevikin qohumu olan Bozkurtla əl-ələ gəzən Kaya şəxsi həyatı ilə bağlı danışmaqdan imtina edib.