Hazal Kaya şikayetlenir
28 May 2013 Çərşənbə Axşamı 09:33
Hazal Kaya maraqlı açıqlamalar verib.
Türkiyənin məşhur aktrisası Hazal Kaya ABŞ-a getmək üçün viza ala bilməməsindən şikayətlənib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, özəl bir məktəbin məzun günündə iştirak edən Kaya jurnalistlərə olduqca maraqlı açıqlamalar verib. Aktrisa yenidən təhsli almaq istədiyini və viza ala bilməməsindən bunu edə bilmədiyini deyib:
"Nəhayət ki, Amerikaya oxumağa gedirəm. Amerikada aktyorluq kursuna gedəcəm. Amma 4 aydır Amerikaya getmək üçün viza gözləyirəm. Ad oxşarlığı olduğundan gözləmək məcburiyyətində qaldım. Adım deyəsən bir cinayətkarın adı ilə oxşardır. Buna görə də viza ala bilmədim."
Hazal Kaya son vaxtlar sürətlə artan çəkisindən də danışıb: "Xəstə olduğuma görə kökəlirəm. Mənimlə ölən adam kimi davranmaqları qəribə gəlir. Ölmürəm, yaxşıyam, kökəlməyim sadəcə xəstəliyimin əks təsirlərindəndir. İndi pəhriz saxlayıram, yavaş-yavaş arıqlayıram. Bədənim əvvəlki vəziyyətinə qayıdacaq".
DOSTLARINLA PAYLAŞ: