Hamiləliyin son aylarını yaşayan Samiranın konserti baş tutdu
26 Mart 2012 Bazar Ertəsi 10:36
Müğənninin tamaşaçılara xüsüsi musiqili sürprizləri olub.
Samira Allahverdi sevənlərinə möhtəşəm musiqili gecə yaşatdı. ANS PRESS-in məlumata görə, ikinci dəfə ana olmağa hazırlaşan xanım sənətçı ötən şənbə günü - 24 martda Bakı Cazz Mərkəzində solo konsert proqramı ilə çıxış edib. Gecədə tamaşaçılara xüsüsi musiqili sürprizlər təqdim olunub. Ən maraqlı məqamlardan biri isə Samira Allahverdinin "Qayıtdı xəyallar" mahnısını oxuyan zaman bütün zalda telefon işıqlarının dalğalandırılması olub.

Azərbaycan musiqilərindən əlavə Samira xarici estradaya da muraciət edib və maraqla qarşılanan ifalardan biri də Maykl Ceksonun repertuarından səsləndirdiyi ifa olunub. Konsertin irəliləyən dəqiqələrində sənətçi səhnəyə tək çıxmayıb. Sənət dostu Röya ilə "Dəli küləyim" mahnısını səhnədə birgə oxuyublar.

Onu da qeyd edək ki, Röyadan başqa da xanım sənətçini ən xoş günündə tək qoymayan sənətçilər az deyildi. Respublikanın əməkdar artisti Tünzalə Ağayeva Moskva səfərində olsa da özünü ən yaxın dostunun solo tədbirinə çatdırıb. Belə ki, təyyarədən düşən kimi sənət yoldaşının konsertinə tələsən Tünzalə xanım gəlişi ilə hamıya sevindirici anlar yaşadıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar