Halil Sezai hamını qorxudacaq
24 Mart 2014 Bazar Ertəsi 07:14
"Ammar" adlı qorxu filmində rol aldığını təsdiqləyən müğənni Halil Sezai ilk dəfə belə bir obraz canlandıracağını deyib.
Müğənni və aktyor Halil Sezai oynadığı rolla hamını təəccübləndirəcək.

ANS PRESS-in xəbərinə görə, Türkiyənin tanınmış müğənnisi Halil Sezai yeni bir proyektlə tamaşaçı qarşısına çıxır. Belə ki, Sezai ona təklif edilən qorxu filmindəki rolu qəbul edib.

"Ammar" adlı qorxu filmində rol aldığını təsdiqləyən müğənni ilk dəfə belə bir obraz canlandıracağını deyib.

"Bu filmdə Hollivuddakı kimi texnikalardan istifadə edilib. Ona görə də bu filmdən sonra "Yeşilçamda qorxu filmi çəkilmir" fikri alt-üst olacaq" - deyə Sezai film haqqında danışarkən qeyd edib.

"İncir Reçeli" adlı filmi ilə tanınan və "İsyan" mahnısı ilə böyük şöhrət qazanan Halil Sezai oynadığı bu rolun da onun sənətində uğurlu olacağını dilə gətirib.






DOSTLARINLA PAYLAŞ:

oyunlar