Halil Sezai konsert öncəsi 27 apreldə paytaxtımızda konsert verəcək.
Türkiyənin tanınmış müğənnisi Halil Sezai 27 aprel tarixində Bakıda konsert verəcək. Konsertin təşkilatçısı Samir Xəttabın ANS PRESS-ə verdiyi məlumata görə, türkiyəli müğənni konsertdən öncə Azərbaycandakı fanatları üçün videomüraciət göndərib.
Ticarət mərkəzlərinin birində keçiriləcək konsertin aparıcıları Ramin İbrahimov və Novruz Məmmədovdur. Konsertin təşkilati dəstəyi Əli Hüseynovun rəhbərlik etdiyi "A Plus Production" şirkətidir.