Türkiyənin tanınmış müğənnisi, “Eurovision-2009” mahnı müsabiqəsində bu ölkəni təmsil edəcək Hadisənin mayın 1-də Azərbaycanda keçiriləcək konserti ləğv olunub. ANS PRESS-ə bu barədə məlumat konsertin təşkilatçısı olan "Səs Organization"dan verilib. Mətbuat katibi bunu, konsertdə rəqs etmək üçün Belçikadan və Danimarkadan gəlməsi nəzərdə tutulan rəqqasələrin gəlməməsi ilə izah edib. Konsert üçün əvvəldən satılan biletlərin isə qaytarılması nəzərdə tutulub. /ANS PRESS/