Rusiyanın paytaxtı Moskvada keçiriləcək 54-cü "Avroviziya-2009" müsabiqəsində iştirak edəcək Türkiyə təmsilçisi Hadisə artıq Moskvadadır. ANS PRESS-in məlumatına görə, müsabiqədə "Düm Tək Tək" mahnısını ifa etməyə hazırlaşan müğənni hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Moskva hava limanında təşkilatçılar şəhərə getmək üçün Hadisəyə Azərbaycan təmsilçilərini də gözləməyi təklif ediblər. Bir saat gözləmək istəməyən türkiyəli ifaçı bu təklifdən sonra özü maşın tutaraq, otelə gedib.
Xatırladaq ki, Azərbaycanı müsabiqədə Aysel və Araş təmsil edəcək. /ANS PRESS/