Hadisə Abdulla Gülün dəvətini qəbul etmədi
04 Oktyabr 2010 Bazar Ertəsi 16:00
Müğənni Hadisə prezidentdən respublika gününə həsr olunmuş ziyafətin tarixinin dəyişdirilməsini istəyib.
Türkiyədə 29 oktyabr - Cumhuriyyət günü münasibətilə Çankaya Köşkündə təşkil edilən ziyafətə müğənni Hadisə də dəvət edilib. Türkiyə mətbuatının məlumatına görə, müğənniyə dəvətnamə Çankaya Köşkündə bu işlərlə məşğul olan şəxs tərəfindən meneceri vasitəsilə çatdırılıb.
Menecer də, öz növbəsində prezident Abdullah Gülün dəvətini elektron poçt vasitəsilə Belçikada olan Hadisəyə göndərib və bu dəvətin olduqca əhəmiyyətli olduğunu vurğulayıb. Hadisədən isə bu cür önəmli dəvətə aşağıdakı kimi cavab verilib:
"29 oktyabrda Belçikada işimiz var, xahiş etsək, görəsən, prezident qəbulu 30 oktyabra təxirə sala bilərmi?" ANSPRESS
DOSTLARINLA PAYLAŞ: