Günelin svarovski daşlarla bəzədilmiş maşını Türkiyə mətuatının gündəmində (FOTO)
19 Yanvar 2013 Şənbə 11:49
"Məndə svarovski dəliliyi var"
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel dünən axşam İstanbulun Nişantaşı rayonunda olub. ANS PRESS-in "Takvim" qəzetinə istinadən verdiyi məlumata görə, onun maşınının sükanından nömrəsinədək svarovski daşlarla bəzədilməsi diqqəti cəlb edib.

Günel lüks maraqlı olduğunu bildirib: "Məndə svarovski dəliliyi var. Özümdən asılı deyil, gözəl görünməyi çox sevirəm. Deyəsən, bu bir xəstəlikdir". Cib telefonunu da svarovski daşlarla bəzəyən müğənni yaxın vaxtlarda yeni albomu ilçə şou-biznesə bomba kimi dönəcəyini deyib.

Günel maşınının nömrəsində svarovski daşların oğurlanmasından da şikayətlənib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar