Günelin atasının qızılları oğurlandı
29 Noyabr 2010 Bazar Ertəsi 05:00
Polisə və prokurorluiğa müraciət edən Rəhman Zeynalov şikayət ərizəsinə evi təmizləyən 5 nəfərdə mənzilin açarı olduğunu yazıb
Azərbaycan əsilli müğənni Günel Zeynalovanın atası Rəhman Zeynalopvun Türkiyədə yaşadığı mənzildən qızılları oğurlanıb. Ümumi dəyəri 25 000 türk lirə (13 500 manat) olan qızılının oğurlandığını deyən Zeynalov polisə və prokurorluiğa müraciət edib. Şikayət ərizsində mənzilinin açarı olan şəxslərin adlarını da yazan Rəhman Zeynalov oğruların tapılmasını tələb edib.

Qeyd edək ki, Zeynalov hadisənin 8 – 18 noyabr tarixlərdə, o Azərbaycanda olduğu vaxt baş verdiyini deyib. Şikayət ərizəsində evi təmizləməyə gələn T. Seyhan, C. Esra, C. Emre, Azərbaycan əsilli Səidə A. Və Fizuli İ.- də açar olduğu bildirilib. “Heç kimi təqsirləndirmək iostəmirəm. Amma oğurluq hadisəsi açıqlığa qovuşmalıdır”.

Şikayətdən sonra oğurluq hadisəsi barədə istintaq başladılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar