Günel Məhərrəmova toy etdi
19 Noyabr 2010 Cümə 13:15
Müğənni Günel Məhərrəmova uzaq qohumu ilə ailə həyatı qurub.
Müğənni Günel Məhərrəmovanın dünən toyu olub. ANS PRESS-in məlumatına görə, 25 yaşlı müğənni İlkin adlı 27 yaşlı uzaq qohumu ilə ailə qurub. Gənclərin toyu "Neon" şadlıq sarayında baş tutub. Toydan əvvəl dini kəbin kəsdirən cütlük məclisdə rəsmi nigah bağlayıb.

Toyda gəlinin sənətçi dostları Məleykə Əsədova, Xumar Qədimova, Kərim Abbasov, Səidə Sultan, Emil Bədəlov, rəqqasə Fatimə və başqaları iştirak edib. Toyu müğənni Rüfət Axundov idarə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar