Günay Musayevanın çəkildiyi film Rusiyada göstəriləcək
10 Mart 2014 Bazar Ertəsi 16:23
8 hissəli serialda Günay Musayeva Şahnur adlı obrazını canlandırır.
Günay Musayevanın çəkildiyi “Türk tranziti” serialı bu gün Rusiyanın RTR2 telekanalı ilə Bakı vaxtı ilə saat 21.00-da efirə gedəcək. ANS PRESS-in məlumatına görə, "Türk tranziti" adlı 8 hissəli serialda G.Musayeva Şahnur adlı obrazını canlandırır.
Serial rus yazarı Vladimr Qrinkovun “Türk tranziti” bestsellerinin motivləri əsasında çəkilir. Serialda tanınmış kinoaktyorlar Yanina Studilina, Boris Şerbakov, Yuliya Melnikova, Eldar Lebedev, Vladimr Jerebsov, Larisa Kadoçinkova, Beso Qataev, Maksim Vajov, Aleksandr Lobanov rol alıb.G.Musayeva Türkiyədə keçirilən kastinqə qatılan 380 adam arasından seçilib.
Qeyd edək ki, bədii serial rus-türk mafiyasından bəhs edir. Rusiyalı əkiz bacıların mafiya tərəfindən oğurlanaraq Türkiyəyə gətirilməsi və daha sonra onların başına gələn hadisələrdən bəhs edir.
DOSTLARINLA PAYLAŞ: