Günay Musayeva: Doğuş üçün sponsor axtarmağımız ağ yalandır
29 Fevral 2012 Çərşənbə 17:43
Azərbaycanlı model Günay Musayeva ailəsi haqqında yayılan məlumatlara münasibət bildirib.
Azərbaycanlı model Günay Musayeva əri, aktyor Tolqa Karelin onun doğum xərcləri üçün sponsor axtarması barədə türk mətbuatında yayılan məlumata aydınlıq gətirib. Model açıqlamasında nə onun, nə də həyat yoldaşı Tolqa Karelin bu barədə açıqlama vermədiklərini, xəbərin isə yalan olduğunu deyib. "Son günlər barəmizdə dilimizdən çıxmayan məlumatlar yayılmaqdadır. Xəbərlərdə guya bizim doğuş üçün sponsor axtarmağımız barədə həqiqətə uyğun olmayan informasiyalar yer almaqdadır. Bunlar hamısı ağ yalandır, cəfəngiyyatdan başqa bir şey deyil. Hələ hamiləliyimin 6,5 ay müddətindəyəm. Hər ay həkim müayinəsində oluram".

Günay Musayeva hələ doğuşun əməliyyatla və ya təbii yolla olacağına qərar vermədiyini də qeyd edib. Model bu məlumatları oxuyandan sonra şoka düşdüyünü deyib.
O, xəbərlərin haradan və kim tərəfindən yayılmasından xəbərləri olmadığını qeyib: "Ərim də məlumatları qəzetdən oxuyub təəcübləndi. Bu barədə Twitter səhifəmdə də rəsmi açıqlama vermişəm. Doğuşla bağlı planlarımızı 8-ci aydan sonra nəzərdən keçirəcəyik".

G. Musayeva yalan xəbərlərdən artıq bezdiyini vurğulayıb. Rahat olub dincəlmək istədiyini deyən Günay sabahdan istirahət üçün şəhər kənarına gedəcəyini deyib. "İnformasiya portalınız vasitəsilə xahiş edirəm ki, sevgili oxucularımız hər yazılan məlumata inanmasınlar", - deyə o vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar