Günay Musayeva boşanır?
28 İyun 2013 Cümə 17:40
İşlərimizlə əlaqədar çox vaxt ayrı-ayrı məkanlarda oluruq.
Azərbaycanlı model Günay Musayevanın türkiyəli həyat yoldaşı, aktyor Tolqa Karel boşanma xəbərlərinə münasibət bildirib.
"Axşam.az"-ın məlumatına görə, sahibi olduğu “Variety” dərgisinin qala gecəsinə Günayla qatılan aktyor xoşbəxt olduğunu deyib:
“Haqqımızda çox məqalələr yazıldı. Güya biz boşanmışıq, evlənib iki aydan sonra ayrılacağıq, saxta toy etmişik və s. Amma görürsünüz ki, iki ildir birlikdəyik. Gözəl övladımız var. Hələ uzun illər sevgiylə, hörmətlə dolu bir həyat planlaşdırırıq. İşlərimizlə əlaqədar çox vaxt ayrı-ayrı məkanlarda oluruq. Bu səbəbdən dedi-qodular çıxır. Oğlumuz Cahangir bir az böyüsün, ikinci övlad da istəyirik”.
DOSTLARINLA PAYLAŞ: