Günay Musayeva boksa başladı - Şəkillər
22 İyul 2014 Çərşənbə Axşamı 10:21
Model Günay Musayeva: Arada bir məşqçim ilə zarafat da edirik.
Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva sosial şəbəkədə maraqlı fotolarını paylaşıb.

ANS PRESS-in məlumatına görə, ötən həftə plates dərslərinə başlaması barədə xəbər verən model bu dəfə boksla maraqlanıb. Model biznesində özünü göstərməyi bacaran Günay artıq idmanla da məşğul olmağa vaxt tapıb.

Ciddi şəkildə məşqçidən boks dərsləri alan G.Musayeva idman zamanı çəkilən video və fotonu İnstagram səhifəsində izləyiciləri ilə paylaşıb.

"Hələ çox yadam boksa. Arada bir məşqçim ilə zarafat da edirik".

Xatırladaq ki, Günay Musayeva məşhur türk aktyoru Tolqa Karel ilə ailəlidir. Cütlüyün Cahangir adlı bir oğlu var.






DOSTLARINLA PAYLAŞ:

oyunlar