Gülnarə Məmmədova Qonaqlıq verilişini aparmayacaq
04 Fevral 2010 Cümə Axşamı 14:55
Qonaqlıq verilişi aparıcısı Gülnarə Məmmədovanın səhhətində ciddi problemlər yaranıb
Aparıcı Gülnarə Məmmədova ANS kanalında yayımlanan "Qonaqlıq" verilişini həftənin birinci günündən artıq aparmayacaq. ANS PRESS-in məlumatına görə, tanınmış aparıcı əməliyyat stoluna uzanmağa hazırlaşır.

Qeyd edək ki, uzun müddət öd kisəsindəki daşlardan əziyyət çəkən Gülnarə xəstəxanaya getməyə qorxur. Aparıcı səhhətində yaranan problemi aradan götürdükdən sonra yenidən efirdə görünmək niyyətindədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar