Güllə Tatlısəsin başına belə dəydi
15 Mart 2011 Çərşənbə Axşamı 13:32
Müğənniyə verilən dərmanların dozası azaldılıb, həkimlər son vəziyyəti açıqlayıblar
Türkiyənin “Milliyət” qəzeti ötən gecə silahlı hücuma məruz qalan məşhur müğınni İbrahim Tatlısəsin baş nahiyəsinə dəyən güllənin hərəkət trayektoriyasının sxemini yayıb. ANS PRESS-in məlumatına görə, sxemdə göstərilir ki, gülləəvvəlcədən deyildiyi kimi müğənninin başının sağ arxa nahiyəsindən girərək, sağ ön nahiyədən çıxıb. Güllənin girdiyi zaman isə sümüklərdə qırıqlar əmələ gəlib. Qırıqlar beynin içərilərinə doğru hərəkət edərək gülləni sürüşdürüb. Sürüşmə nəticəsində güllə hərəkət edərək ön tərəfdən çıxıb.

Bu arada İbrahim Tatlısəsin həkimləri səbirsizliklə gözlənilən açıqlamanı veriblər. Azərbaycanlı jurnalist Fidan Quliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, həkimlər onun beyninin 50 faiz oyadıldığını bildiriblər.

"Onların sözlərinə görə, verilən dərmanların dozası azaldılıb. Xəstəni birdən oyatmaq həyati risk daşıdığı üçün onun yavaş-yavaş oyadılması qərara alınıb. Tibb işçiləri müğənninin müalicəsinin davam etdiriləcəyini və vəziyyətinin yaxşı tərəfə getdiyini bildiriblər. Onlar problemin beyinlə əlaqədar olduğu üçün bir necə saatdan, gündən sonra necə olacağı ilə bağlı proqnoz verməyin çətin olduğunu qeyd ediblər. Sənətçinin həyatı riski azalsa da, davam edir", deyə jurnalist bildirib.

"Xəstəni yatırmağa davam edərək müalicə aparacağıq. Ümumi tablo çox ağırdır. Xəstə reanimasiyadan çımadan bizim üçün təhlükə sovuşmuş deyil. Ümid edirəm qabaqdakı günlərdə və saatlarda daha yaxşı nöqtəyə gələ bilərik. Gözləntimiz budur”, deyə həkimlərin açıqlamasında qeyd olunub.

Xatırladaq ki, silahlı hücum müğənni və köməkçisi dünən gecə saatlarında Türkiyənin Şişli rayonundakı “Nurol Plaza”da həyata keçirilən “Beyaz” TV-dəki İbo Şov proqramının çəkilişindən çıxanda baş verib. Tatlısəs maşınına oturarkən yolun əks tərəfində dayanan tünd rəngli maşından "Kalaşnikov" markalı silahla atəşə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar