İfaçı Gülbən Ərgən bu barədə sosial şəbəkə vasitəsi ilə açıqlama verib.
Yeni sevgilisi ilə medianın gündəmindən düşməyən məşhur türk ifaçısı Gülbən Ərgən “Show” TV-də yayımlanan proqramını bağlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə İnstagram səhifəsində xəbər paylaşan müğənni albom hazırlıqlarına başlamaq üçün bu yola əl atıb. Ekranlarla vidalaşdığını deyən Gülbən verilişin yaradıcı kollektivi ilə çəkdirdiyi şəkli sosial şəbəkədə paylaşaraq fikirlərini bildirib:
“Payızda efirə çıxmayacam. Daha çox musiqi ilə məşğul olmaq və albom hazırlamaq üçün əlavə vaxta ehtiyacım var. Müxtəlif məlumatlar oxuyub, televiziyalarda nələrin göstərilmədiyini izləyəcəm. “Gulbenshow” qürur duyduğum bir veriliş idi. Dincəlmək və daha yaxşı proqramlar hazırlamaq üçün fasilə etməliyəm”.