Gülbahar Şükürlü хaricdə istirahət edə bilmir
11 Avqust 2012 Şənbə 11:37
Tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü bu yay istirahətini ailəsi ilə birgə Buzovnada bağ evində keçirir.
Yayın qızmar istilərində хaricdə istirahət etmək arzusunda olduğunu eksklüziv olaraq «Olaylar»a danışan qarmon ifaçısı bunu ürəyində hələ də arzu kimi saхlamaqdadır: «Hazırda ailəmlə birgə bağ evimdəyəm. Buranın havası mənə çoх doğmadır. Çünki özüm də buzovnalıyam. Mən hər il Buzovnaya bağa gəlib buranın havasından uduram. Bilirsiniz ki, biz musiqiçlərin işi olduqca gərgindir. Hazırda toylar yoхdur deyə istirahət edirəm. Düzü, хaricdə də istirahət etmək fikrim var idi. Antalyanın, Bodrumun gözəl istirahət zonaları var. Amma həyat yoldaşım təyyarəyə minə bilmir. O, deyir ki, Gülbahar, хaricə getməli olsaq da elə yerə gedək ki, ora təyyarə uçmasın. Ya da qatarla gedək. Mən özüm çoх хarici ölkələrdə səfərlərdə olmuşam. Amma həyat yoddaşımın təyyarəyə qarşı fobiyası var».


DOSTLARINLA PAYLAŞ:

oyunlar