Gövhər Həsənzadə Gökhan Özənə mahnı verdi
16 Noyabr 2009 Bazar Ertəsi 17:00
Gövhər Həsənzadə Gökhan Özənlə yanaşı Fateh Erkoçla da çalışır
Bəstəkar Gövhər Həsənzadə bir vaxtlar müğənnilərimizin ifasında səslənən bəstələrini türk ifaçılarına hədiyyə edir. Bəstəkarın mətbuat katibi Ceyran Nəriman ANS PRESS-ə verdiyi məlumata görə, G. Həsənzadə hazırda Türkiyənin pop müğənnisi Gökhan Özənlə və Fateh Erkoçla çalışır.

“Gövhər xanım Gökhan Özənə iki mahnı verib. Bunlar müğənni Elnurun repertuarından olan “Belə olarmı?” və Iradə Ibrahimovanın ifa etdiyi “Yaşananlar” mahnılarıdır. Həmin mahnılar Türkiyyədə canlı orkestrin müşayəti ilə hazırlanır. Mahnıların oranjiman işləri bitən kimi türk sənətçiləri onu lentə alacaq. Gövhər xanım eləcə də tanınmış türk sənətçisi Fateh Erkoçla da çalışmaq təklifi alib”, - deyə o vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar