Dünya Çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində Fildişi Sahili və Malavi milli komandaları arasında keçirilən qarşılaşamda faciə baş verib. Fildişi Sahilində keçirilən oyun zaman stadionun tribunalarının divarlarının çökməsi nəticəsində ən azı 22 azarkeşin öldüyü, 132 azarkeşin isə yaralandığı bildirilir. Ölkənin daxili işlər naziri, Abican şəhərindəki "Houphouet-Boiqni" stadionunda keçirilən Fildişi Sahili-Malavi matçında, izdiham yaşandığını bildirib. 50 min azarkeşin izlədiyi qarşılaşma Fildişi Sahili milli komandasının 5-0 hesablı qələbəsi ilə başa çatıb. /ANS PRESS/