Fonoqramla mahnı oxuyan iki müğənni cərimə edilib
24 Yanvar 2010 Bazar 02:30
Təşkilatçıların fikrincə. fonoqramla konsert verənlər əslində müğənni yox, rəqqasə olublar
Çinin Sıçuan əyalətinin hökuməti iki müğənnini ötən ilin sentyabrında fonoqramla konsert verdiklərinə görə 12 min dollar məbləğində cərimə edib. Konsert təşkilatçıları bildiriblər ki, fonoqramla oxuyan iki qadın əslində müğənni yox, rəqqasə olub.

Çində fonoqramla mahnı oxunmasına 2008-ci il Pekin Olimpiya oyunlarının açılış mərasimindəki insidentdən sonra qadağa qoyulub. Açılış mərasimində Olimpiya mahnısını ifa etməli olan müğənnini təşkilpatçılar kifayət qədər cazibədar hesab etməyiblər, onu əvəz edən digər müğənni isə fonoqramla ifa zamanı çətin vəziyyətə düşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar