Flora Kərimova vs Faiq Ağayev
18 İyun 2009 Cümə Axşamı 15:10
Apellyasiya Məhkəməsində xalq artisti Flora Kərimovanın iddiasını təmin edib. Faiq Ağayev barəsində cinayət işi qaldırılacaq.

 

Bu gün Apellyasiya Məhkəməsində xalq artisti Flora Kərimovanın xalq artisti Faiq Ağayevə qarşı iddiası üzrə məhkəmə prosesi olub. ANS PRESS-in məlumatına görə, məhkəmə F.Kərimovanın Ağayevə qarşı qaldırdığı iddiasını təmin edib.

Qeyd edək ki, Flora Kərimova Faiq Ağayevə qarşı CM-nin 147.2 (böhtan) və 148-ci (təhqir, kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltma) maddələri ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanması və onun məsuliyyətə cəlb olunmasını istəyirdi.

Fevralın 26-da Yasamal Rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə keçirilən məhkəmədə Faiq Ağayevin hərəkətlərində cinayət xarakterinin olmadığı sübuta yetirilmiş və Flora Kərimovanın şikayəti ilə bağlı müraciətin müddətinin gecikməsi əsas gətirilərək iddiası təmin olunmamışdı. Bununla razılaşmayan Flora xanım Apellyasiya Məhkəməsinə müraciət etmişdi.

Zülfiyyə Qurbanova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar