Flora Kərimova plastik əməliyyat etdirib
20 İyun 2012 Çərşənbə 16:43
Müğənni Flora Kərimova hazırda özünü yaxşı hiss etdiyini deyib.
Azərbaycanın xalq artisti Flora Kərimova üzündən plastik əməliyyat keçirib. ANS PRESS-in məlumatına görə, F.Kərimova əməliyyatın Bakıdakı özəl klinikalardan birində tələbə yoldaşı, cərrah Tofiq Quliyev tərəfindən həyata keçirildiyini deyib.

Müğənni, cərrahiyyə əməliyyatının bir neçə gün əvvəl olduğunu və hazırda özünü yaxşı hiss etdiyini deyib: “Əməliyyatdan az müddət keçdiyi üçün hazırda üzümdə şişkinlik əlaməti hiss olunur. Bu əməliyyatı uzun müddətdir planlaşdırırdım və bunu gerçəkləşdirdim. Nəticənin ürəkaçan olacağına inanıram”.

F. Kərimova deyib ki, o, əməliyyatdan dərhal sonra evə gətirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar