Flora Kərimova məhkəməni uduzdu
13 May 2010 Cümə Axşamı 13:40
Flora Kərimova məhkəməni uduzdu. Əsaslı sübut olmadığından xalq artistinin şikayəti təmin edilmədi.
Xalq artisti Flora Kərimovanın xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərliyə qarşı qaldırdığı iddiası təmin olunmayıb. Binəqədi Rayon Məhkəməsində hakim Marif Kazımovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Flora Kərimovanın Faiq Ələkbərlinin xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar şikayət ərizəsi üzrə işə baxılıb.
Binəqədi Rayon Məhkəməsinin 12 may 2010-cu il qərardadı ilə cinayət işinə xitam verilib, yəni Flora Kərimovanın şikayəti təmin edilməyib.
Xatırladaq ki, Flora Kərimovanın məhkəməyə müraciət etməsinə səbəb, Faiq Ələkbərlinin İlhamə Quliyevanın adından mətbuata müsahibələr verməsi olub. Hansıki bu müsahibələrdə Flora Kərimovanın şərəf və ləyaqətinə toxunan ifadələr işlədilib.
Faiq Ələkbərli isə mətbuatda dərc olunan yazılardan xəbərsiz olduğunu bildirib və xalq artistinin məhkəməyə təqdim etdiyi çoxsaylı məqalələr səsyazma olmadığından öz sübutunu tapmayıb.
Məhkəmədə Faiq Ələkbərlinin hüquqlarını Vəkillər Kollegiyasının üzvü Şəfiqə Nağıyeva müdafiə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: