Fərqanə Qasımovanın şəxsi fondu yaradılacaq
10 Dekabr 2010 Cümə 03:35
Muğam ifaçısının sənədləri Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və incəsənət Arxivinə qəbul olunub
Tanınmış muğam ifaçısı, Əməkdar Artist Fərqanə Qasımovanın sənədləri Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və incəsənət Arxivinə qəbul olunub. Arxivin direktoru Maarif Teymurov AzərTAc-a bildirib ki, xanəndənin sənədləri arasında konsertlərinin afişaları, diplomları, fotoları, haqqında yazılan məqalələr, Avstriya, Almaniya və digər ölkələrdə dərc olunan jurnallar var. Hazırda sənədlər ekspertizadan keçirilir və şəxsi fondun açılması üçün hazırlıq işləri görülür. Yaxın günlərdə arxivdə Fərqanə Qasımovanın da şəxsi fondu yaradılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar