Ferda Xudaverdiyev Cem Yılmaz haqqında söyledikleri qardaş ölkenin metbuatında müzakire olundu.
Cem Yılmaz haqqında söylədikləri onun adını qardaş ölkənin şou-biznesində hallandırır. Milli.Az xəbər verir ki, Azərbaycanın yumorist aktyoru Fərda Xudaverdiyev haqqında Türkiyə mediasında müxtəlif xəbərlər yazılır.
Bu günlərdə nüfuzlu “Günaydın” qəzeti Fərdanın tanınmış türiyəli həmkarı Cem Yılmazın Bakıya gəlişi ilə bağlı dediyi fikirləri belə qələmə alıb: “Yılmazı öz şoularımdan birinə çağıracaqdım. Meneceri ilə görüşmüşdüm, o, Cem Yılmazın iki yeni filmə çəkiləcəyini dedi. Və bu səbəbdən dəvətim qəbul olunmadı. O, heç bir təmənna güdmədən qonağım olacaqdı”.
Qeyd edək ki, Cem Yılmazın Bakıda çıxışını təşkil etmək istəyən bəzi təşkilatçılar onun 140 min ABŞ dolları qonorar tələb etməsini deyirdilər.
Fərda bu məlumatın kökündən yalan olmasını əminliklə vurğulayıb.
Qəzetdə dərc olunmuş xəbəri fotolarla oxucularımıza təqdim edirik.