Fərda Xudaverdiyev: İndi toyda oxuyan müğənni azdır
17 Yanvar 2010 Bazar 16:30
Aktyor Fərda Xudaverdiyev oxuyanların 60 faizinin bərbad vəziyyətdə olduğunu deyir
Toy məclislərində mahnı oxumağa başlayan şoumen Fərda Xudaverdiyev deyir ki, müğənnilər toyda monoloq söyləyirlər. Müğənnilərin toy şənliklərində mahnı oxumadıqlarını deyən aktyor ANS PRESS müxbiri ilə söhbətində bildirib ki, müğənni onun yerimə toy apara bilirsə, onda o, niyə müğənninin yerinə oxuya biməz?”

“Mənim müğənnilərin sənətini əlindən almaq fikirim yoxdur. Əksinə, onlar bizim sənətə yiyə çıxıblar. Gündə bir müğənni çıxır. Onların 20-sindən zəif oxuyurumsa, 5-indən yaxşı oxuyuram. Düzünü deyim, müğənnilərin 60 faizinin nə vəziyyətdə olduğu hamıya məlumdur”,- deyə o əlavə edib.

Qeyd edək ki, Fərda sözləri və musiqisi özünə aid olan yeni “Zır-zır” adlı mahnı yazdırıb. Yalnız as sayda adamın dinlədiyi mahnının yaxın vaxtlarda geniş tamaşaçı auditoriyasına təqdim edəcəyini deyən aktyor ifaçılığın çox əziyyətli bir iş olduğunu etiraf edir: "Monoloqu mən iki günə yazıram. Amma mahnını səsyazma studiyalarında hazır vəziyyətə salmaq mənə 2 aya başa gəlir ".

Bütün çətinliklərə baxmayaraq F.Xudaverdiyev yeni mahnılar üçün bəstəkarlara müraciət edəcəyini söylədi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar