Fazıl Say: "Ad günə gəlməyim ona ən böyük hədiyyədir"
18 Yanvar 2010 Bazar Ertəsi 19:15
Məşhur pianoçu Fazıl Sayın ad günü hədiyyəsi
Türkiyəninin tanınmış pianoçusu Fazıl Say dünən 40 yaşını qeyd edib. Məşhur ifaçı ad gününə tanınmış simalardan Arif Sağ, Hıncal Uluç, Deste Sağıroğlu, Tarık Axan, Acın Günay, Osman Dan Erkır və Sertab Erener də qatılıb.
Gecənin sürpriz qonaqlarından biri isə Fazilin bir ay öncə eşq yaşadığı aktrisa Hande Ataizi olub. Olduqca gözəl bir paltarla ad günü şənliyinə gələn Ataizi, məkandan ayrılar-ayrılmaz jurnalistlərlə görüşüb.
"Fazıl bəyə nə hədiyyə aldınız?",-sualına aktrisa bu cür açıqlama gətirib. "Ad günə gəlməyim ona ən böyük hədiyyədir”,- deyə o əlavə edib.
Pianist Fazil Say isə aktrisanın bu addımına heç bir reaksiya göstərməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: