Fatimə qızının fotolarının yayılmasından qəzəbləndi
05 Fevral 2013 Çərşənbə Axşamı 16:44
"Mən şəxsi həyatımın, övladlarımın mediada işıqlandırılmasının tərəfdarı deyiləm"
Tanınmış rəqqasə Fatimə qəzəblənib. ANS PRESS-ə açıqlama verən rəqqasə bildirib ki, buna səbəb bəzi internet portallarının onun qızının fotolardan istifadə edərək, haqqında xəbərlər yazmasıdır. O, şəxsi həyatının mediada işıqlandırılmasının əleyhinə olduğunu söyləyib:
"Bu nə deməkdir axı? Məni şou-biznesdə olan bəzi insanlarla səhv salıblar deyəsən? Mən şəxsi həyatımın, övladlarımın həyatının mediada işıqlandırılmasının tərəfdarı deyiləm. Mən ovcumun içində övladımı saxlayıram ki, hansısa media nümayəndəsi ondan yazsın? Mənim övladım barədə nəsə yazıb, özlərinə reytinq yığmasınlar. Etdikləri hərəkətə diqqət etsinlər. Baxsınlar, görsünlər kimə nə edirlər. Mən heç bir zaman şəxsi həyatımdan reklam kimi istifadə etmədim. Elə ona görə də bu cür yazılar mənə çox pis təsir edir".
DOSTLARINLA PAYLAŞ: