Faiq Ağayevin ad günü Türkiyədə qeyd olunub
05 Yanvar 2010 Çərşənbə Axşamı 15:00
Faiq Ağayevin ad günü Türkiyədə qeyd olunub. Müğənni canlı yayımın qonağı olub.
Azərbaycanın xalq artisti Faiq Ağayevin ad günü Türkiyədə qeyd olunub. Bu barədə ANS PRESS-ə müğənninin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, yanvar ayının 4-də Türkiyənin TMB TV (Türk Müzik Birliyi) kanalında populyar estrada müğənnisi Faiq Ağayevin ad günü qeyd olunub. Belə ki, gün ərzində xalq artistinin klipləri nümayiş olunub.

Türkiyə vaxtı ilə saat 15-17 arası Faiq Ağayev canlı yayımda tamaşaçılarla təmasda olaraq, mahnılar ifa edib.

Türkiyənin daha bir neçə kanalında xalq artistinin qonaq olacağı da gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar