Faiq Ağayevdən pərəstişkarlarına sadəcə bu gün üçün böyük sürpriz
29 Dekabr 2012 Şənbə 08:41
Xalq artisti konsertin birbaşa yayımla Heydər Əliyev sarayının ön şüşə divarında nümayiş olunacağını deyib
Xalq artisti Faiq Ağayevin Heydər Əliyev Sarayında start götürən “F.A VİDA” adlı 4 günlük solo konsertinin bu günkü verilişində müğənni pərəstişkarlarına sürpriz edəcək. Bu barədə məlumatı Xalq artisti öz “Facebook” səhifəsində yayıb. Xüsusilə bilet ala bilməyən pərəstişkarlara yönəlmiş bu sürprizdə, Xalq artisti Faiq Ağayev konsertin birbaşa yayımla Heydər Əliyev sarayının ön şüşə divarlarında nümayiş olunacağını bildirib.
Qeyd edək ki, Xalq artisti bu nümayişin sadəcə 1 gün, doğum gününə təsadüf edən dekabrın 29-da baş tutacağını da qeyd edib.
DOSTLARINLA PAYLAŞ: