Faiq Ağayev Vida konsertinə saatlar qalıb
26 Dekabr 2012 Çərşənbə 15:23
Faiq Ağayev görəsən bizə nə sürpriz edəcək?
İlin ən gözlənilən konserti - Azərbaycanın xalq artisti Faiq Ağayevin "Vida" adlandırdığı solo konserti sabah baş tutacaq. ANS PRESS-in məlumatına görə, tanınmış estrada ulduzunun 25 illik səhnə fəaliyyətinə nöqtə qoyacaq konsertlər 27, 28, 29, 30 dekabra müəyyənləşib. Konsert 4 hissədən ibarət olacaq. Konsertdə 24 mahnı, 3 meqamiks olmaqla 27 musiqi nömrəsi səslənəcək. Xalq artisti konsertdə yeni klipi təqdim edəcək.

Konsertin musiqi rəhbəri Rüstəm Zeynallı, bədii rəhbəri Yaşar Baxışdır. Xalq artisti xüsusi olaraq konsert üçün Azərbaycanın sayılıb-seçilən rəqqaslarından ibarət rəqs qrupu toplayıb.

Tamaşaçılar səhnədə Faiq Ağayevin estradada ilk addımlarından bu günə qədər olan xalq artistini görəcəklər. Yəni konsert xalq artistinin yaradıcılığının bütün dövrlərini əhatə edəcək.

Bek-vokallar, rəqqaslar, musiqiçilər və Faiq Ağayev üçün modelyer Rinat Ramazanov tərəfindən xüsusi geyim kolleksiyası hazırlanıb. Konsertin səhnə dekorasiyası fərqli və möhtəşəm olacaq. 56 nəfər işçi qrupunun üzərində işlədiyi konsertlərin ümumi büdcəsinin 250 min manat civarında olduğu deyilir.

Qeyd edək ki, F. Ağayev bu konsertdə kimsəsizlər və himayəsiz uşaqlara da biganə qalmayıb. Belə ki, xalq artisti bu gün kimsəsiz və himayəsiz uşaqlara Yeni il hədiyyəsi olaraq hər konserti üçün 50 yer ayırıb.

Azərbaycan mediası konsertin ilk gününə dəvətlidir.





DOSTLARINLA PAYLAŞ:

oyunlar