Faiq Ağayev və Aybəniz Haşımova açıqlama verdi
12 May 2014 Bazar Ertəsi 16:48
Xalq artisti Faiq Ağayev və Aybəniz Haşımova Eurovision 2014 müsabiqəsinin qalibi Konçita haqqında fərqli düşünür.
Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə “Eurovision 2014” müsabiqəsinin qalibi Konçita ilə bağlı fikirlərini paylaşıb.

ANS PRESS-in məlumatına görə, mahnı müsabiqəsində qalib olan ifaçı yerli məşhurlarımızı üz-üzə qoyub. Belə ki, xalq artisti Faiq Ağayev və Aybəniz Haşımovanın sözləri üst-üstə düşməyib. Faiq Ağayev ANS telekanalında yayımlanan "Şoubiz+" verilişinə verdiyi müsahibə zamanı, Aybəniz xanımın "Avstriyalı iştirakçını görəndən sonra başa düşdüm ki, dünyanın sonudur. Quranda da, Bibliyada da yazılıb ki, cinslər yerlərini dəyişirsə, bu dünyanın sonunun əlamətidir. Dağılsın belə dünya! Bu nə biabırçılıqdır?! Hara gedirik biz insanlar bu dəhşətlə? Üzündə saqqal, gözlərində sürmə, qulağında sırğa, əynində qadın libası... Kaş, Azərbaycan bu il onunla eyni səhnədə iştirak etməzdi. Həyatımda belə rüsvayçılıq görməmişdim. Anlaya bilmədim bu kişidir ya qadın. İyrəndim, çox iyrəndim”- deyə, yazdıqlarına münasibət bildirib.

Faiq Ağayev bunun Avropa məhsulu olmasının nəzərə alınmalı olduğunu deyib. "Çox düzgün piardır. Avropa burada total tolerantlıq göstərir. Bu ifaçı saqqalsız çıxsaydı, diqqət cəlb etməzdi. Onun səsinə qulaq asanda görürsən ki, sırf kişi səsidir, qadın məlahəti yoxdur səsində".

Bundan əlavə olaraq xalq artisti həmkarını anlamadığını deyib və düzgün tərbiyə verməməkdə ittiham edib:

"Deyirlər ki, cavanlarımız baxıb nə dərs alacaq. Bizim cavanlar müsbətə baxıb öyrənsinlər. Bəyəm bizdə müsbət nümunələr yoxdur? Qorxursunuz ki, övladınız mənfiyə baxıb nəsə öyrənər? Deməli, ona pis tərbiyə verirsiniz. Məncə, valideyn təsiri altında olan övladlar buna bir şou, sirk kimi baxacaqlar”.






DOSTLARINLA PAYLAŞ:

oyunlar