Faiq Ağayev uşaq evində
15 Noyabr 2010 Bazar Ertəsi 16:10
ABŞ-ın Azərbaycandakı səfirliyi internat və kimsəsiz uşaq evlərindən olan bəzi uşaqlara kitab təqdim edib
Bu gün Azərbaycan Dövlət Kukla Teatrında Abşeron rayonunun internat və kimsəsiz uşaq evlərindən olan bəzi uşaqlara Amerika ədəbiyyatının klassik əsəri olan “Öz ölkəsinin sehrbazı” kitabı təqdim edilib. Kitab ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təqdim edilib. Kitabdakı nağıllardan bir neçəsini uşaqlara Amerika səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq, həmçinin Azərbaycanın xalq artisti Faiq Ağayev oxuyublar.
Daha sonra həmin nağıllardan biri səhnələşdirilmiş formada uşaqlara təqdim olunub. Qeyd edək ki, tədbir “Uşaqların xilası” beynəlxalq qeyri-hökümət təşkilatının da tərəfdaşlığı ilə həyata keçirilib. Kitabdan əlavə uşaqlara yeyinti məhsulları da paylanılıb.
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidsonun sözlərinə görə, kitab səfirliyin çap etdirəcəyi 5 kitabdan birincisidir. "Bu tədbirə ancaq uşaqlar dəvətlidir. Mərasim bayramın ilk günü həyata keçirilir. Bu təsadüfi deyil. Çünki bu gündən həm də Ümumdünya Təhsil həftəsi başlayır.
Bu tədbirə “Uşaqların Xilası” təşkilatı ilə birgə fleks proqramının məzunlarını, yəni Amerikada təhsil almış gəncləri də cəlb etmişik. Onlar bəzi internat və kimsəsiz uşaq evlərində təhsil proqramını genişləndirmək istiqamətində uşaqlarla işləməkdə davam edəcəklər”.
DOSTLARINLA PAYLAŞ: