Faiq Ağayev solo-konsertinin sürprizlərini açıqladı
26 May 2010 Çərşənbə 10:30
Xalq artisti Faiq Ağayev haqqında “Musiqinin ucalığına yüksələn insan” adlı film çəkilib.
Xalq artisti Faiq Ağayev 6-9 iyun tarixlərində Heydər Əliyev Sarayında keçirəcəyi “F.A Made in Azerbaijan” adlı solo konsertinə ciddi hazırlaşıb. Xalq artistinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Faiq Ağayev konsertinə gələn tamaşaçılarına sürprizlər hazırlayıb.

“F.A Made in Azerbaycan”ın sürprizlərdən biri xalq artistinin 22 illik səhnə fəaliyyətindən bəhs edən filmidir. “Musiqinin ucalığına yüksələn insan” adlanan filmin müəllifi Lalə Əlimuxtarovadır.

Xalq artistinin digər sürprizi isə musiqisi və sözləri Murad Arifə aid olan “Bal kimi”mahnısına çəkilmiş klipi olacaq. Hal-hazırda klipin çəkilişləri davam edir. Klipin rejissoru İlham Məhərrəmov, ideya müəllifi və operatoru Təhmasib Məmmədovdur. Klipin tamaşaçılara nümayişi elə solo konsertdə baş tutacaq. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar