Faiq Ağayev satıcı olacaq
07 Aprel 2011 Cümə Axşamı 19:10
Xalq artisti “Əli və Nino” kitab evində kitab satacaq
Xalq artisti Faiq Ağayev kitab satacaq. Xalq artistinin ANS PRESS-ə verdiyi məlumata görə, “Əli və Nino” kitab evində çalışacaq.
Xalq artisti bunun gənclərin kitaba və mütaliəyə marağını artırmaq, eyni zamanda kitabın təbliği üçün keçirilən bir aksiya olduğunu söyləyir. Bu aksiya vasitəsilə Faiq Ağayev geniş tamaşaçı auditoriyasını kitaba cəlb ediləcək.
2 saat davam edəcək tədbirdə Faiq Ağayevin pərəstişkarları onun şəxsi imzası ilə həm yerli, həm də xarici kitabları əldə edə biləcək.
DOSTLARINLA PAYLAŞ: