Faiq Ağayev fikrini dəyişib
17 Sentyabr 2009 Cümə Axşamı 12:40
Xalq artisti yanvar ayında solo-konsert verməyi planlaşdırır
Hər il ad günü ərəfəsində konsert verməyə adət etmiş xalq artisti ötən il ənənəni pozsa da, bu il ənənəni davam edəcəyinə söz vermişdi. Lakin müğənni bu dəfə də fikrini dəyişib. Belə ki, xalq aritsti Faiq Ağayev gələn ilin yanvar ayında solo-konsert verməyi planlaşdırır. Hal-hazırda yeni mahnılar üzərində işləyən xalq artisti yeni albomunun təqdimatını da solo-konsertində edəcək.
DOSTLARINLA PAYLAŞ: