Şou Biznes

Faiq Ağayev ANS-ə danışdı

Xalq artisti Faiq Ağayev: "27 sentyabr mənim həyatımda ikinci ad günüm kimi qeyd oluna bilər".

· Xəbərçi
Faiq Ağayev ANS-ə danışdı
Sentyabrın 27-də bıçaqlanan Azərbaycanın xalq artisti Faiq Ağayev ANS-ə eksklüziv müshaibə verib. Müğənni bildirib ki, artıq özünü yaxşı hiss edir və hər şey arxada qalıb:

"Faktiki olaraq 27 sentyabr mənim həyatımda ikinci ad günüm kimi qeyd oluna bilər. Xəstəxana həyətinə toplaşan insanalara, mətbuat işçilərinə, mənimlə maraqlananlara böyük təşəkkürümü bildirirəm.

Həkimlərin düzgün, peşəkar, fədakar səyi nəticəsində hər şey, çətin anlar artıq arxada qalıb. Hamınızı sevirəm, narahat olmayın sağ salamatam. İrəlidə hələ çox-çox gözəl işlər görəcəm". ANSPRESS


Şərhlər