Faiq Ağayev: "Adıma xələl gətirməyin!"
04 Oktyabr 2010 Bazar Ertəsi 10:05
Xalq artisti Faiq Ağayev ANS vasitəsilə dövri mətbuata müraciət etdi.
"Dövrü mətbuatda, internetdə, bəzi telekanalllarda yayılan absurd, böhtan xarakterli məlumatlar 5-ci gün gecə mənim səhhətimin pisləşməsi ilə nəticələndi. Səhhətimdə çox böyük problem yaşandı. Həkimlər səhər saat 7-dək başımın üstündən çəkilməyib, məni həyata qaytarıblar". Hazırda Kliniki Tibbi Mərkəzdə müalicə olunan xalq artisti Faiq Ağayev ANS-ə açıqlamasında belə deyib. O, media nümayəndələrini yoxlanmamış məlumatları yayımlamaqdan çəkinməyə çağırıb:
"Mən 4-cü hakimiyyət adlanan mətbuat işçilərinə müraciət edirəm ki, qarşı tərəfin özünü müdafiə etmək üçün irəli sürdüyü həqarətli yalançı, heç bir həqiqətə uyğun olmayan məlumatları yoxlamadan yayıma verməsinlər. Cəmiyyət qarşısında narkoman, lotu, yekəxana Faiq Ağayev obrazı yaratmasınlar. 22 il səhnə fəaliyyəti ərzində məni hər kəs keyfiyyətli müğənni, ağıllı adam, intellektual həmsöhbət kimi tanıyıb. Adıma xələl gətirməyin, buna görə mənim səhhətim pisləşir. Əgər mənim açıq - aydın, hərtərəfli, obyektiv məlumatımı öz dilimdən eşitmək istəyirsinizsə, rica edirəm hövsələli olun. Bu gün mən mətbuat işçiləri üçün birifinq keçirəcəm". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: