Facebook" xalq artistini əsəbiləşdirdi .
Fəal sosial şəbəkə istifadəçisi olan Azərbaycanın xalq artisti Faiq Ağayev yaman qəzəblənib. ANS PRESS-məlumatına görə, buna səbəb isə sənətçinin aktiv istifadə etdiyi "Facebook "sosial şəbəkəsində azərbaycanlı istifadəçilər tərəfindən Ermənistanın “Yerevan” adlı mətbu orqanının bəyənilməsi olub. İfaçı səhifəsində paylaşdığı foto ilə baş verənlərin həqiqət olduğunu sübut edib və bu ifadələri qeyd edib: “Anlamıram, hansı azərbaycanlı bunu bəyənir? Fərqindəsiz, nəyi bəyənirsiz? Ar olsun “dığaların” jurnalını bəyənənlərə”.
Xalq artistinin bu ismarıcını istifadəçilərin hamısı birmənalı qarşılamayıb. Azərbaycanlıların müxtəlif yollarla özlərinə haqq qazandıraraq düşmənə dəstək çıxması Faiq Ağayevi özündən çıxarıb: “Fikrimi Azərbaycan vətəndaşı və xalq artisti kimi bildirmək ixtiyarımdır. Dağıl ey dünya! Stajımdan az yaşı olan biri məni məzəmmət edir. Mən susum, digərləri sussun, sonucda da torpaqlarımız kimi “Sarı gəlin”i də “dığalara” “tolerantlıq” xətrinə bəxş etməyə müvəffəq olaq. Şərh yazan və erməniləri bəyənənlərə isə sözüm budur - siz yalnış mövqeyinizdə qalın, mənə öz nöqteyi-nəzərim bəs edər”.