Eurovision ulduzları Bakıya gəlir
24 Oktyabr 2010 Bazar 10:10
3 Eurovision ulduzu müğənni eyni ayda, fərqli məkanlarda.
Noyabr ayında Bakıda “Eurovision” mahnı müsabiqəsinin yaddaqalan iştirakçılarının konserti olacaq. Təşkilatçıların Milli.Az xəbər portalına verdiyi məlumata görə, gələn ayın 12-də Heydər Əliyev adına Sarayın səhnəsində “Eurovision-2008” mahnı müsabiqəsində Ukraynanı təmsil edən Ani Lorakın konserti baş tutacaq. Ukraynanın xalq artisti Ani Lorak müsabiqədə Filipp Kirkorovun “Shady Lady” mahnısı ilə 2-ci yeri qazanmışdı.

Elə həmin gün, yəni noyabrın 12-də Bakıda Türkiyənin “Lady Qaqa”sı sayılan Hande Yenerin konserti olacaq. Çoxdan gözlənilən konsert paytaxtın əyləncə mərkəzlərindən birində keçiriləcək. Qeyd edək ki, son illər Hande Yener “Eurovision” mahnı müsabiqəsində Türkiyəni təmsil etməyə əsas iddialı ifaçılardan biridir.

Noyabrın 27-də isə bu il “Eurovision”da Gürcüstanı təmsil edən Sofo Nijaradzenin konserti olacaq. Məlumat üçün bildirək ki, gürcü ifaçının hər həftə İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) keçirilən milli seçim turlarında iştirakı da istisna olunmur. Sofo Nijaradzenin çıxışı seçim turlarında iştirak edən ifaçılara dəstək xarakteri daşıyacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar