Eurovision təmsilçisi Can Bonomo ağır avtomobil qəzası keçirdi
20 Aprel 2014 Bazar 10:45
Türkiyəni Eurovision 2012 musiqi yarışmasında təmsil edən məşhur müğənni Can Bonomo ağır avtomobil qəzası keçirib.
ANS PRESS-in məlumatına görə, Çanakkaledə konsert verməyə gedən Can Bonomo və komandasının içində olduğu avtomobil qəzaya uğrayıb. Sürcünün qəflətən idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq dəniz sahilindəki mühafizə dirəklərinə dəyib.Məşhur müğənninin və köməkçilərinin qəza zamanı yüngül bədən xəsarətləri aldıqları bildirilir.

Qəzadan sonra xəstəxanaya aparılan Bonomo ölümdən döndüklərini söyləyib: “Allah şükür ki, çox şey baş vermədi. Yüngül yaralandıq. Maşınımız uçurumun kənarında, dənizə bir addım qalmış dayandı”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar