Eurovision təmsilçimizin taleyi hələ də qaranlıqdır
21 Oktyabr 2011 Cümə 16:30
Tərəflər arasında barışıq elan edilməsi və işə xitam verilməsi yanlış məlumatlardır.
"Eurovision" təmsilçimiz Samir Cavadzadənin cinayət təhqiqatı dayandırılması ilə bağlı xəbərlər yalan çıxdı. Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Miraqil Qiyasovun ANS PRESS-ə verdiyi məlumata görə, Samir Cavadzadə və bıçaqla xəsarət yetirdiyi dostu Elvin Hüseynov arasında barışıq olmayıb: "Mətbuatda Samir Cavadzadənin işi işlə bağlı düzgün məlumatlar yazılmır. Tərəflər arasında barışıq elan edilməsi və işə xitam verilməsi yanlış məlumatlardır. İş təkrar ekspertizaya göndərildiyindən konkret fikir söyləmək çətindir. Samir Cavadzadənin taleyinə yaxın günlərdə aydınlıq gətiriləcək."

Qeyd edək ki, 1news.az-ın məlumatına görə Nəsimi rayon polis idarəsində tərəflər arasında barışıq əldə edilib. E.Hüseynov Samir Cavadzadəyə qarşı şikayət ərizəsi verməkdən imtina edib. Buna uyğun olaraq cinayət təhqiqatı dayandırılıb. Bu, tərəflərin barışması ilə bağlı edilib.

Xatırladaq ki, S. Cavadzadə sentyabrın 20-də otaq yoldaşı Elvin Hüseynovu boyun nahiyəsindən bıçaq xəsarəti yetirib. Samir Cavadzadə ilk öncə törətdiyi əməli təkzib etsə də hüquq-mühafizə orqanlarının açıqlamasından sonra əməlini etiraf edib. Bıçaqlanma hadisəsi sentyabrın 20-də Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında qeydə alınmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar