Eurovision" qalibinin evi yarıldı
12 İyun 2012 Çərşənbə Axşamı 15:10
Sertab Erenerin dəyərli əşyaları oğurlanıb
2003-cü ildə "Eurovision" mahnı müsabiqəsində Türkiyəyə qələbə qazandıran müğənni Sertab Erenerin evi soyulub. ANS PRESS-in Türkiyə mətbuatına istinadla yazdığı məlumata görə, Erenerin 15 illik sevgilisi Demir Demirkan ilə 6 il öncə köçdükləri Bodrum Ortakənddəki evlərinə oğru girib.
Cütlüyün evdə olmadığı günü evə girən oğrular dəyərli əşyaları aparıblar. Geri qayıdanda evlərinin alt-üst olduğunu görən müğənni və sevgilisi mühafizə xidməti tələb edib.
Qeyd edək ki, cütlük adıçəkilən villalarına 2007-ci ildə köçüblər. Əvvəlcə Sertab Erener evi mövsümlük kirayə vermək istəsə də, sonra təbiətin qoynunda olan mənzildə özü yaşamağa qərar vermişdi.
DOSTLARINLA PAYLAŞ: