Eurovision mahnı müsabiqesi üçün kürdce mahnı telebi
02 Noyabr 2013 Şənbə 06:58
Türkiyeni en yaxşı şekilde temsil edeceyimize ve reaksiyaların da müsbet olacağına inanırıq.
“Diyarbekir Medeniyyet Turizm ve Musiqi Derneyi”nin (DİKTUM) sedri Türkiyeni “Avroviziya” mahnı müsabiqesinde kürdce mahnı ile temsil etmek üçün ölkenin ictimai kanalı TRT-ye müraciet edib. Bu barede “Anadolu” agentliyine açıqlama veren sedr Kenan Aksu TRT-den cavab gözlediklerini deyib. Sedr Aksu qurumdan müsbet cavab alacaqları teqdirde müsabiqeye böyük heyecanla hazırlanacaqlarını bildirib.
“Zengin musiqi medeniyyetimiz var. Diyarbekir medeniyyetin ve musiqinin beşiyidir. Müsabiqe üçün de çox gözel bir mahnı hazırlayacağıq. Türkiyeni en yaxşı şekilde temsil edeceyimize ve reaksiyaların da müsbet olacağına inanırıq”.
Xatırladaq ki, Türkiye öten il bezi şertler ireli sürerek “Avroviziya” mahnı müsabiqesinde iştirak etmekden imtina edib.
DOSTLARINLA PAYLAŞ: