Eurovision 2013 en yaraşıqlısı - Ferid Memmedov
18 May 2013 Şənbə 13:42
Eurovision temsilçimiz Ferid Memmedov müsabiqenin top modelidir.
Azərbaycanın "Eurovision" təmsilçisi Fərid Məmmədov İsveçdə keçirilən mahnı müsabiqəsinin ən yaraşıqlı kişi iştirakçılarından biridir. ANS PRESS-in "aze.az"a istinadla verdiyi məlumata görə, finalın əsas namizədlərindən biri olan F.Məmmədov eurosonqun top-model müsabiqəsinində qalibidir. Belə ki, Fərid iki rəqibini qabaqlayıb. Bunlar Rumıniyadan sezar və italiyalı Marko Menqonidir.

O, musiqi qabiliyyətini püxtələşdirməklə yanaşı, xarici görkəmində fikir verməyi unutmayıb. Belə ki, SSRİ-nin tanınmış qadın gimnastlarından birinin, cüdo üzrə məşqçi atanın oğlu olan Fəridə bu genlər onlardan keçib.

Fəriqdsağlam həyat tərzi keçirir, kapoeyra ilə maraqlanır, qaçır və idman salonlarında məşq edir.

Xatırladaq ki, Fərid Məmmədov "Eurovision" mahnı müsabiqəsinin bu günkü finalında "Hold me" mahnısı ilə səhnəyə çıxacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar