“Eurovision-2011”un II yarımfinalçısı bəlli oldu
27 Noyabr 2010 Şənbə 10:20
İkinci həftənin qalibi müğənni Nurlan Növrəslidir
“Eurovision-2011” mahnı müsabiqəsində təmsilçimizi seçmək üçün İctimai Televiziyada keçirilən milli seçim turunun ikinci finalçısı bəlli oldi. ANS PRESS-in məlumatına görə, milli seçimlərin yarımfinal mərhələsinin ikinci həftəsinin qalibi müğənni Nurlan Növrəslidir.

Milli seçimlərdə səsvermə Avropa Yayımlar Birlyiinin (EBU) qaydalarına uyğun olaraq həyata keçirilir. Finala vəsiqə qazanan iştirakçılar 50% münsiflər heyətinin, 50% isə tamaşaçı səsverməsinə görə seçilir. Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi 7 həftənin finalçıları arasından seçiləcək. Final mərhələsi bundan sonra 5 həftə davam edəcək.

Xatırladaq ki, milli seçim turunun 1-ci həftəsinin qalibi müğənni Çingiz Mustafayev olmuşdu.

Qeyd edək ki, "Eurovision 2011" mahnı müsabiqəsi Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar