"Eurovision 2011" təmsilçilərimiz Ruslana ilə bir səhnəni bölüşüblər
22 Aprel 2011 Cümə 11:25
Eldar və Nigar Kiyevdə çıxış ediblər
“Eurovision-2011” Mahnı Müsabiqəsində ölkəmizi təmsil edəcək Eldar və Nigar dueti Kiyevdə Balkan musiqisinin əfsanəsi Qoran Breqoviçin konsertində çıxış ediblər. ANS PRESS-in təmsilçilərimizin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Eldar və Nigar “Running Scared” mahnısını ifa edərək 4500-dən artıq tamaşaçının rəğbətini qazanıblar. Cütlük eyni zamanda konsertdə xüsusi qonaq kimi çıxış edən “Eurovision-2004” Mahnı Müsabiqəsinin qalibi Ruslana ilə görüşüb.

"Onların böyük potensialı var” deyən Ruslana, Eldar və Nigarla bağlı fikirlərini bölüşüb və bu cütlüyün "Eurovision" səhnəsində uğur əldə edəcəyini söyləyib.

Qeyd edək ki, musiqiçi və bəstəkar Qoran Breqoviç Balkan pop musiqisini tamamilə dəyişərək Avropa musiqisini yeni səviyyəyə qaldırıb. Breqoviç 2008-ci ildə Belqradda keçirilən Eurovision Mahnı Müsabiqəsinin açılış mərasimində çıxış edib. O, eləcə də Serbiyanı “Eurovision-2010” Mahnı Müsabiqəsində təmsil edəcək mahnının bəstəkarıdır.





DOSTLARINLA PAYLAŞ:

oyunlar